Ermənistan bankları rublla əməliyyatları dayandırdı

Ermənistan bankları rublla əməliyyatları dayandırdı

Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələrin bankları nağd Rusiya rublu ilə bağlı əməliyyat şərtlərini sərtləşdirməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Belarusda azı səkkiz bank qeyri-rezidentlərin hesablarına nağd rubl yatırılması üçün 2%-dən 5%-ə qədər komissiya tətbiq edib. Qazaxıstanda "Bank CenterCredit" 5%-lik komissiya müəyyənləşdirib, Qırğızıstanda da bənzər addımlar atan banklar var.

Ermənistanda isə bəzi banklar daha radikal qərar qəbul edərək, nağd rublla bütün əməliyyatları, o cümlədən hesabların doldurulmasını tamamilə dayandırıb. Qeyd edək ki, məhdudiyyətlər yalnız nağd vəsaitlərə aiddir; nağdsız köçürmələr və rublla digər bank əməliyyatları əvvəlki qaydada davam edir.