Fərhad Qurbanova yüksək vəzifə verildi - FOTO

Fərhad Qurbanova yüksək vəzifə verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni kadr təyinatı olub.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Fərhad Qurbanov DSMF-nin Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdiri vəzifəsinə təyin olunub.


O, bu təyinata qədər - cari ilin yanvar ayından etibarən həmin departamentin müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, F.Qurbanov 2001-ci ildən etibarən DSMF-də müxtəlif vəzifələrdə işləyib. O, 2001-2005-ci illərdə Suraxanı rayon şöbəsinin Gəlirlər sektorunda müfəttiş, 2005-2019-cu illərdə Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin Proqnoz, uçot və təhlil sektorunda aparıcı məsləhətçi, 2019-2020-ci illərdə Bakı şəhər İdarəsinin Sosial müavinətlər sektorunda aparıcı məsləhətçi vəzifələrində çalışıb. Daha sonra Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi, 2020-2025-ci illərdə isə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin Sosial sığorta şöbəsinin müdiri vəzifəsini icra edib./İqtisadiyyat.az/

Fotoda Fərhad Qurbanov

Fərhad Qurbanova yüksək vəzifə verildi - FOTO