Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI - VİDEO

Paytaxtda bəzi parklanma yerlərində həm uzununa, həm də eninə nişanlanma xətlərinin olması sürücülərdə çaşqınlıq yaradır.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Baku.ws-in sorğusuna cavab verib.

Qurumdan bildirilib ki, parklanma yerləri təşkil edilərkən nişanlanma xətləri ilə yanaşı, parklanmanı tənzimləyən müvafiq yol nişanları da quraşdırılıb:

"Əsas istiqamətverici isə 7.6.1 "Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu" əlavə məlumat nişanıdır".

AYNA qeyd edib ki, sürücülər belə hallarda avtomobili həmin nişanın tələbinə uyğun park etməli, tərəddüd yaranarsa, ərazidə xidmət göstərən bələdçidən məlumat almalıdırlar.