"Artıq iki gündür ki, bir sıra sosial media platformalarında və saytlarda, deputat Günay Ağamalının 'uşaqpulu' ilə bağlı fikirlərinə münasibət bildirdiyim statusuma görə guya cəzalandırıldığım, mənə şiddətli töhmət verildiyi və ya işdən çıxarıldığım barədə məlumatlar yayılıb. Əvvəla onu bildirim ki, haqqımda 'xəbər' paylaşanların peşəkarlıqdan nə dərəcədə uzaq olduqları və reallığı araşdırmadıqları, paylaşılan başlıqlarda hətta soyadımın belə tamamilə səhv yazılmasından açıq-aydın görünür."

NOCOMMENT.az xəbər verir ki, bu sözləri deputat Günay Ağamalının uşaqpulu ilə bağlı açıqlamasına tənqidi yanaşdığı üçün cəzalandırıldığı deyilən, "Şərq Qapısı" qəzetinin əməkdaşı Elnurə Cəfərova deyib. Onun sözlərinə görə, barəsində yayılan iddialar heç bir şəkildə həqiqəti əks etdirmir və fəaliyyətini maneəsiz şəkildə davam etdirir: "Bildirmək istəyirəm ki, bu iddialar tamamilə əsassızdır və heç bir reallığı əks etdirmir. Mənim iş fəaliyyətim normal qaydada, hər hansı bir maneə olmadan davam edir. Yayılan xəbərlər sadəcə olaraq reallıqdan uzaq dezinformasiyadır."
Jurnalist qeyd edib ki, çətin məqamda ona dəstək olan hər kəsə minnətdardır, eyni zamanda media qurumlarını uydurma məlumatlar paylaşmaqdan çəkinməyə çağırır: "Bu prosesdə hadisənin əslini bilmədən belə olsa, narahat olan, mənə mənəvi dəstək verməyə çalışan, yanımda olan bütün dəyərli həmkarlarıma və dövlət qurumlarında çalışan mütəxəssislərə, dostlara göstərdikləri həssaslığa və diqqətə görə dərin təşəkkürümü bildirirəm. Sizin bu dəstəyiniz mənim üçün çox qiymətlidir. Həmçinin, digər media qurumlarından və sosial media səhifələrindən xahiş edirəm ki, rəsmi olaraq dəqiqləşdirilməmiş, faktlara söykənməyən bu cür uydurma xəbərləri paylaşmağa son qoysunlar."
Sara,












