Hücumda ölən azərbaycanlıların nəşi vətənə gətirildi

Hücumda ölən azərbaycanlıların nəşi vətənə gətirildi

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri iyunun 10-da Vətənə gətirilib.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir.