İşdən çıxarılan sədr müavininə AAYDA-da yüksək vəzifə verildi

İşdən çıxarılan sədr müavininə AAYDA-da yüksək vəzifə verildi

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, Zaur Kamal oğlu İbrahimova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sədr müavini təyin edilib.

Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Gülər