Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO

Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi baş tutub.

NOCOMMENT.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Seyidəhməd Nurayev tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Seyidəhməd Nurayev Bakı alayının komandiri təyin olunub.

Qeyd edək ki, Seyidəhməd Nurayev bundan əvvəl də Bakı Alayında xidmət edib./manset.az/