Ordubadda internet olmayacaq - SƏBƏB AÇIQLANDI

Ordubadda internet olmayacaq - SƏBƏB AÇIQLANDI

İyulun 20-də Ordubad rayonu ərazisində internet xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni avadanlıqlar quraşdırılacaq.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar olaraq, gün ərzində rayonun bəzi yaşayış məntəqələrində internet və digər rabitə xidmətlərinin göstərilməsində müvəqqəti və qısamüddətli fasilələrin yaranması mümkündür./Bakıvaxtı.az/