İspaniyada futbol üzrə dünya çempionatının final matçını izləyən hərbçilərə qarşı hücum olub.
NOCOMMENT.az xəbər verir ki, maskalı və əllərində metal çubuqlar, dəyənəklər olan təcavüzkar dəstə matçı izləyən hərbçilərin olduğu məkana basqın edib.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb ki, onlardan da 3-ü hərbçidir. Yerli KİV-in məlumatına görə, zərərçəkən hərbçilərdən birinin başında açıq yara və qabırğalarında bir neçə sınıq aşkar edilib. Hücum zamanı bir qadının isə burnu sındırılıb.
Basqınçılar məkanın şüşə vitrinlərini sındırıb və əşyalara ziyan vurublar. Hadisədən dərhal sonra cinayətkarlar hadisə yerindən qaçıblar. Faktla bağlı istintaq başladılıb.
Sara,











