Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında maraqlı paylaşım edib. Hökumət başçısı çay və dondurma aldığı kassa qəbzini izləyiciləri ilə bölüşüb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə özünün İnstaqram səhifəsində video yayımlayıb. Baş nazir videoda heç vaxt alış-veriş qəbzini götürməyi unutmadığını vurğulayıb və hər kəsə də bu vərdişə əməl etməyi tövsiyə edib.
Paylaşılan qəbzdə N. Paşinyanın darçınlı çaya 1200 dram (5,54 AZN), dondurmaya isə 800 dram (3,69 AZN) pul ödədiyi əks olunub.
Sara,
NOCOMMENT.az












