Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib
NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə etdikdən sonra Döyüş bayrağını qəbul edən Əməliyyat (komando) hərbi hissələrinin komandirlərindən biri polkovnik-leytenant Asəf Qarayevdir.
A.Qarayev Vətən müharibəsi zamanı Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) tərkibində mayor rütbəsi ilə döyüşlərdə iştirak edib.
Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəlpə yaraları alaraq yaralanıb. Müalicə aldıqdan sonra yenidən ordu sıralarına qayıdıb.
Polkovnik-leytenant A.Qarayev "Azərbaycan Bayrağı" ordeni və "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub./Unikal/











