Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Evlərin altından su çıxır...

NOCOMMENT.az xəbər verir ki, paytaxtın Xəzər rayonu, Stansiya Qala adlanan ərazidə yaşayan bir qrup sakin qaynar xəttə müraciət edib. Onların sözlərinə görə, uzun müddətdir evlərinin altından mənbəyi bilinməyən su çıxır.

Sakinlər evlərinin altından çıxan suyun çirkli yox, təmiz su olduğunu deyirlər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, əraziyə müvafiq rayon sukanal idarəsinin qəza brqiadası tərəfindən baxış keçirilib. Ünvanda axıntıya səbəb qrunt suyudur. Hazırda ümumi ərazi üzrə yığılan yağış və qrunt sularının çəkilməsi istiqamətində işlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bizim Telegram səhifəsinə abunə olun