Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda güclü külək evə, maşına ziyan vurdu - VİDEO

Bakıda dam uçub, evə ciddi ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, paytaxtda əsən güclü külək fərdi yaşayış evini yarasız hala salıb.

Ev sahiblərinin sözlərinə görə, öncə dam örtüyü aralanıb. Daha sonra divarın bir hissəsi uçub.

Evin içərisindəki əşyalara və həyətdə olan avtomobilə də ziyan dəyib. Azyaşlı uşaq evdə köməksiz vəziyətdə qalıb. Köməyə qonşular gəlib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.