Qurban Qurbanov bu futbolçunu əsas heyətdən kənarlaşdırdı

Qurban Qurbanov bu futbolçunu əsas heyətdən kənarlaşdırdı

“Qarabağ”ın futbolçusu Sami Mmae komandanın əsas heyətindən uzaqlaşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, məşqçi heyətinin qərarına əsasən Zaqreb “Dinamo”sundan icarəyə götürülən oyunçu əvəzedici heyətə göndərilib.

Qeyd edək ki, bu barədə ilk xəbəri Sportinfo.az saytı yayıb.