Şamaxıda qeyri-sabit hava şəraiti müşahidə olunub.
NOCOMMENT.az xəbər verir ki, rayon ərazisinə güclü yağışla yanaşı dolu da yağıb.
Yağıntı bəzi ərazilərdə qısa müddətdə intensiv xarakter alıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə dolunun küçələri və avtomobilləri örtməsi əks olunub. Hazırda ərazidə hava şəraitinin dəyişkən olaraq qaldığı bildirilir.
İlkin məlumata görə, təbiət hadisəsi nəticəsində ciddi fəsad qeydə alınmayıb.












