Sabah Sumqayıt şəhərinin bəzi ərazilərində su təchizatında fasilə yaranacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə yayılan məlumatda bildirilib ki, fasilə Stansiya Sumqayıt yaşayış massivi, Ceyranbatan bağları və Xəzri bağları ərazilərini əhatə edəcək.
Məlumata görə, suyun verilişində yaranacaq problem ümumilikdə 13 min abonentə təsir göstərəcək.
Qeyd olunub ki, həmin ərazilərdə 2 gün ərzində su olmayacaq.












