Turistləri daşıyan helikopter qəzaya düşdü: ölənlər var

Turistləri daşıyan helikopter qəzaya düşdü: ölənlər var

ABŞ-ın Havay ştatının Kauai adasında turistləri daşıyan helikopter qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Göyərtəsində pilot və 4 sərnişinin olan ekskursiya helikopteri sahil yaxınlığında qəzaya düşüb.

Hadisə nəticəsində 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.