Ümummilli lider Heydər Əliyevin 29 il əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo şəhərinə səfəri unudulmaz anlarla yadda qalıb.
Ulu öndər həmin şəhərdə olarkən oranın memarlıq üslubuna heyranlığını ifadə edib.
Heydər Əliyev bildirib ki, Çikaqo ətrafındakı gölün yanındakı park ona Bakı şəhərində yerləşən Dənizkənarı Bulvarı xatırladır.
Səfər zamanı ulu öndər həmçinin onu müşayət edən nümayəndə heyəti ilə birgə Çikaqo çayını qayıqla gəzib.
Azərbaycan Televiziyasının (AzTV) təqdim etdiyi reportajda ulu öndərin qayıq gəzintisi zamanı səslənən dahi bəstəkar Üzeyir Hacıbəylinin “Sənsiz” mahnısına duyğulanması da əksini tapıb.












