Vüsal Aslanov iki yeni rəis təyin etdi - FOTO

Vüsal Aslanov iki yeni rəis təyin etdi - FOTO

“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

NOCOMMENT.az-ın məlumatına görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Sevinc Hacızadə QSC-nin Strateji İnkişaf Departamentinin Layihə İdarəedilməsi şöbəsinin rəisi, Orxan Mustafayev isə Elektrik təchizatı xidmətinin elektrik mühafizəsi və avtoteleidarəetmə distansiyasının rəisi vəzifəsinə təyin edilib.

Məlumat İqtisadiyyat.az-a “Bakı Metropoliteni” QSC-dən təsdiqlənib.

Qeyd edək ki, bu təyinatadək S.Hacızadə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də bölmə müdiri, O.Mustafayev isə Sumqayıt Texnologiyalar Data Mərkəzində Energetika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bizim Telegram səhifəsinə abunə olun