Vüsal Aslanovun müşaviri rəhbər təyin edildi - FOTO

Vüsal Aslanovun müşaviri rəhbər təyin edildi - FOTO

AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) layihə rəhbəri təyin edilib.

NOCOMMENT.az-ın məlumatına görə, bu vəzifə İnarə Vəliyevaya həvalə olunub.

Qeyd edək ki, İ.Vəliyeva eyni zamanda “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviridir. O, bundan öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri olub.

Xatırladaq ki, AZSET proqramı AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı ilə təsis edilən AzTU-nun nəzdində fəaliyyət göstərən təhsil proqramıdır. (Plat.az)