Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü

Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Hacıəhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 79 yaşlı Məhəmməd Cəlilov ağac kəsərkən ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. O, suda boğularaq ölüb.

Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.