Yeni icra başçısı baş memarı işdən çıxardı

Yeni icra başçısı baş memarı işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) Baş memarı vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RİH-in Baş memarı Vüqar Hacıyev vəzifəsindən azad edilib. Hazırda bu vəzifə vakansiyaya çıxarılıb.

Xatırladaq ki, V.Novruzov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. /iqtisadiyyat.az/