Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçildibackend

Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri UEFA tərəfindən Çempionlar Liqasında 2022-23 mövsümünün oyunçusu seçilib.

NOCOMMENT.az-ın xəbərinə görə, 26 yaşlı ispaniyalı futbolçu finalda komandasının qələbə qolunu vurub.

Rodri “Siti”nin Çempionlar Liqası matçlarının birindən başqa hamısında meydana çıxıb, iki qol vurub. O, finalda möhtəşəm çıxış edərək Matçın Oyunçusu mükafatını qazanıb.

Qeyd edək ki, şənbə günü finalda “İnter”i 1:0 hesabı ilə məğlub edən  “Siti” ilk dəfə kuboku başı üzərinə qaldırıb. 

NOCOMMENT.az