Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdibackend

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, nazir bu barədə tviter hesabında paylaşım edib.

“Qardaş Türkiyənin Aydın vilayətində partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralıların tezliklə sağalmasını diləyirəm”, – C.Bayramov qeyd edib.

Xatırladaq ki, Türkiyənin Aydın əyalətinin Nazlı rayonunda restoranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.