CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa…backend

CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ana müxalifət partiyasının Azərbaycanla münasibətləri pis ola bilməz.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Habertürk TV-yə müsahibəsində Türkiyənin ən böyük müxalifət partiyası CHP lideri Özgür Özəl deyib.

“Əgər səhvimiz varsa, onu düzəltmək lazımdır”, – o bildirib.

Özəl yaxın günlərdə Azərbaycana səfər edəcəyini də açıqlayıb.

Xatırladaq ki, CHP-nin ozamankı lideri Kılıçdaroğlu “tarixi İpək Yolunun dirçəldilməsi” adlandırdığı “Türk Yolu Layihəsi”nin təqdimatını edərkən Azərbaycanı buraya daxil etməyib. Özəl buna görə üzr istəyib. O qeyd edib ki, “CHP Azərbaycan qarşısında günahını yumaq üçün əlindən gələni edəcək”.