CİDDİ XƏBƏRDARLIQ: Bu qidalardan uzaq durun, ölüm saçırbackend

CİDDİ XƏBƏRDARLIQ: Bu qidalardan uzaq durun, ölüm saçır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elə bir dövrə gəlib çıxmışıq ki, artıq istehlakçı olaraq az vaxt itikisi ilə tez hazır olan qidalara müraciət edirik. Amma bu rahatlığın arxasında ciddi qida təhlükəsizliyi tələbləri dayanır. Çünki hazır yeməklər tez xarab olan kateqoriyaya daxildir. Qaydalara riayət etməsək qida zəhərlənməsi, mikrobioloji çirklənmə və digər sağlamlıq riskləri yarana bilər. Hazır yeməklərin etiketlənməsi qanunvericiliklə tənzimlənən əsas tələblərdəndir. Etiketdə yeməyin tərkibi, allergenlər, istehsal və son istifadə tarixi, saxlanma şəraiti və istehsalçı barədə məlumat tam və oxunaqlı olmalıdır. Xüsusilə istehsal vaxtının göstərilməsi vacibdir. Çünki əksəriyyəti 24 saat və daha qısa müddətdə istifadə üçün nəzərdə tutulur”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri qida məsələləri üzrə ekspert Asim Vəliyev KONKRET.az-a açıqlamasında səsləndirib.

GMO Archives - Sağlam Qida

“Hazır yeməklərdə əgər saxlanma zamanı soyutma zəncir prinsipinə xüsusilə diqqət etməliyik. Soyuq saxlanmalı yeməklər adətən +2°C – +6°C intervalında, isti saxlanmalı yeməklər isə +60°C-dən yuxarı temperaturda qorunmalıdır. Əgər belə bir məhsul seçiriksə, marketdə vitrinlərin temperatur göstəricilərinə diqqət etməliyik. Məhsulun çox isti, ya da çox soyuq olmamasına diqqət yetirmək vacibdir. Temperatur sabit deyil, dəyişkəndirsə, məhsulun təhlükəsizliyi şübhə altına düşür.

Təzə hazırlanmış yeməkdə rəng dəyişməsi, turş iyi, selikli səth, quruma, yağın ayrılması kimi əlamətlər olmamalıdır. Bu cür dəyişikliklər məhsulun saxlanma müddətinin keçməsi, temperatur rejiminin pozulması və ya mikroorqanizmlərin artmağa başlaması ilə bağlı ola bilər”.

Ekspert bildirir ki, həmçinin qablaşdırma hermetik olmadıqda bakteriyaların çoxalması riski artır.

“Plastik qapağın tam oturmaması, paketdə şişkinlik, qabda çat, sızma kimi hallar varsa, məhsulu almaq məsləhət deyil. Şişmiş qablar xüsusilə təhlükəli hesab olunur. Bu hal qaz əmələ gətirən bakteriyaların aktivliyindən xəbər verir. Xüsusən, allergiyası olan şəxslər üçün tərkib siyahısına diqqət etmək vacibdir. Qida təhlükəsizliyi qaydalarına əsasən allergenlərin ayrıca qeyd edilməsi məcburidir. Bundan başqa bəzi hazır yeməklərdə aromatizatorlar, qoruyucular və stabilizatorlar istifadə olunur. Bu qatqılar normadan artıq olduqda həssas insanlarda reaksiyalar yarada bilir”.

A.Vəliyev sonda vurğulayır ki, açıq şəkildə satılan hazır yeməklərdə işçilərin əlcək, maska, təmiz inventar istifadə etməsi və hazırlama-satış zonasında gigiyena qaydalarına əməl olunması vacibdir. Yemək uzun müddət vitrində qalıbsa, bu da risk yaradır.

“Əgər belə qidaları almağa məcburuqsa, qablaşdırmada göstərilən təlimatlara əməl etməliyik. Hazır yeməyi uzun müddət otaq temperaturunda saxlamaq olmaz”, – ekspert vurğulayıb.