Çilidə meşə yanğınlarında 10 nəfər ölübbackend

Çilidə meşə yanğınlarında 10 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub hissələrini əhatə edən meşə yanğınlarında ilkin məlumatlara görə 10 nəfər həyatını itirib.

NOCOMMENT xəbər verir ki, Çili rəsmilərinin açıqlamasına görə, Valparaiso və Vina del Mar sahil şəhərlərinin bir çox yerlərində çoxlu yanğınlar baş verib.

Yaşayış məntəqələrinə yayılan yanğın nəticəsində indiyədək 10 nəfər ölüb.

Çili prezidenti Qabriel Boric X sosial media hesabından verdiyi açıqlamada fövqəladə vəziyyət (OHAL) elan etdiklərini ifadə edərək, “Bütün komandalarımızı yanğınlara müdaxilə etmək üçün ölkənin mərkəzi və cənub bölgələrinə yönləndirdik” dedi.

Yanğınların Concon, Quintero və Maitencillo şəhərlərinə doğru sürətlə yayıldığı paylaşılıb.