Çin birja böhranını dayandırmağa çalışırbackend

Çin birja böhranını dayandırmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin hakimiyyəti çökən fond bazarını sabitləşdirmək üçün xüsusi fond yaratmağı düşünür.

NOCOMMENT.az “Bloomberg”ə istinadən xəbər verir ki, onun ölçüsü təxminən 2 trilyon yuan və ya 278 milyard dollar ola bilər.

Vəsaitlərin əsasən dövlətə məxsus Çin şirkətlərinin ofşor hesablarından çıxarılması planlaşdırılır. Daha sonra onlar Honq Konq birjası vasitəsilə səhm almağa yönəldiləcək. Bundan əlavə, artıq səhmlərə investisiya üçün daxili fondlardan 300 milyard yuan (42 milyard dollar) ayrılıb.

Bu tədbirlər indeksləri son 5 ildə ən aşağı səviyyəyə enən Çin fond bazarının çöküşünü dayandırmaq üçün nəzərdə tutulub. 2021-ci ilin əvvəlindən Çin şirkətlərinin ümumi kapitallaşması 6 trilyon dollar azalıb.

Pekin fondu yaratmaqla yanaşı, yerli investorları sakitləşdirməyə çalışır. Lakin qurum bunun üçün hansı tədbirlərin tətbiq olunduğunu dəqiqləşdirmir.