Çin BVF-yə öz dəstəyini təklif etdibackend

Çin BVF-yə öz dəstəyini təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng Çinin BVF-yə (Beynəlxalq Valyuta Fondu) dəstəyini davam etdirməyə hazır olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirir.

“Çin hökuməti qlobal sabitliyin və rifahın təşviqinə yeni töhfələr vermək üçün BVF-ni dəstəkləməyə davam etməyə hazırdır”, – çinli diplomat fondun idarəedici direktoru Kristalina Georgieva ilə görüşündə bildirib.

BVF rəhbəri bildirib ki, Çinin artım modelinin transformasiyası və yüksək keyfiyyətli maliyyə inkişafının təşviqi qlobal iqtisadiyyatın inkişafına təkan verəcək.

Bundan əvvəl BVF Çin iqtisadiyyatını 15 il ərzində 20% artırmağın mümkünlüyünü açıqlamışdı.