Çin iqtisadiyyatı böyüməyə davam edirbackend

Çin iqtisadiyyatı böyüməyə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin iqtisadiyyatı 2023-cü il üçün 5,2% artıb.

NOCOMMENT.az xəbər verir ki, Milli Statistika Bürosunun direktoru Kanq Yi bildirib ki, oktyabr-dekabrda iqtisadiyyat sürətli böyüyüb. Bununla belə, göstəricilər Çin üçün əsasən qeyri-bərabər bərpaya işarə edir. Dekabrda ticarət məlumatları, ixracda cüzi artım olduğunu göstərib. Kanq Yinin sözlərinə görə, deflyasiya təzyiqləri davam etdiyi üçün istehlak qiymətləri ardıcıl üçüncü ay aşağı düşüb.

“Hökumətin bütün idarələri islahatları hərtərəfli dərinləşdirdi, makroiqtisadi tənzimləməni gücləndirdi, daxili tələbin genişləndirilməsi istiqamətində səyləri ikiqat artırdı, strukturu optimallaşdırdı, risklərin qarşısını aldı və zərərsizləşdirdi. Nəticədə milli iqtisadiyyatda canlanma sürəti müşahidə olunub. Tələb və təklif durmadan yaxşılaşıb. Əsas gözlənilən hədəfə nail olundu.

İlkin hesablamalara görə, ÜDM sabit qiymətlərlə əvvəlki illə müqayisədə 5,2% artaraq 126 milyard yuan təşkil edib. Keçən il qlobal iqtisadiyyat zəif olaraq qaldı. Beynəlxalq mənzərədə mürəkkəb dəyişikliklər və tez-tez geosiyasi münaqişələr baş verdi. Şübhəsiz ki, bütün bunların fonunda insanların iqtisadi gözləntiləri zəifdir və hələ də gizli risklər var”.