Çin kommersiya kosmodromunu kütləvi şəkildə genişləndirəcəkbackend

Çin kommersiya kosmodromunu kütləvi şəkildə genişləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haynan əyalətindəki kosmodromda ikinci buraxılış meydançası demək olar ki, tamamlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə SpaceNews məlumat yayıb.

Kosmodromda ilk buraxılış meydançası 2023-cü ilin dekabrında tamamlanıb və oradan “Long March 8” raketinin ilk buraxılışı iyunun sonunadək planlaşdırılır. İkinci buraxılış meydançasının tikintisinin mayın sonunda başa çatdırılması gözlənilir. Çin rəsmi mənbələri iddia edir ki, gələcəkdə kosmodromda daha iki buraxılış meydançası tikilə bilər.

Nəşrin məlumatına görə, kommersiya kosmodromunda buraxılış meydançalarının ümumi sayı 10-a çata bilər ki, bu da həm maye, həm də bərk yanacaq daşıyan raketlərin buraxılmasına imkan verəcək. Ehtimal olunur ki, kosmodromun belə genişmiqyaslı genişləndirilməsi Çinin on minlərlə peyk buraxmaq planları ilə bağlıdır.