Çin Silahlı Qüvvələri sərhəddə hərbi təlim keçirəcəkbackend

Çin Silahlı Qüvvələri sərhəddə hərbi təlim keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Silahlı Qüvvələri Myanma ilə sərhəddə hərtərəfli döyüş atışlı təlimlər keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Ordusunun Döyüş Komandanlığı məlumat yayıb.

Bildirilib ki, manevrlər aprelin 2-də başlayacaq və bir gün davam edəcək. Təlim beş fərqli yerdə baş tutacaq. Hərbi təlimin keçiriləcəyi zonaya icazəsiz giriş qadağandır.

Bundan əlavə, təyyarələr həmin ərazinin hava məkanına daxil ola bilməyəcək. Hərbi manevrlərlə bağlı çəkilişlərin və onlarla bağlı hər hansı məlumatın yayılması da qadağandır.