Çində quş qripi insana yoluxdubackend

Çində quş qripi insana yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində quş qripi virusu H10N3 insana yoluxub.

NOCOMMENT.az xəbər verir ki, Çinin Dövlət Sağlamlıq Komitəsindən verilən məlumata görə, hadisə Çzyansu əyalətində qeydə alınıb.

Belə ki, 23 apreldə 41 yaşlı kişidə qızdırma və digər simptomlar görülməyə başlayıb. 28 aprel tarixində xəstənin vəziyyəti pisləşib və o, yerli xəstəxanaya yerləşdirilib.

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi xəstədən götürülən nümunəyə əsasən onda H10N3 virusunu aşkar edib.

Qeyd edilir ki, virus quş mənşəli olsa da, onun insanları yoluxdurma “effektivliyi” yoxdur.

Xəstə ilə sıx təmasda olan şəxslər həkim nəzarəti altına alınıb, onlarda heç bir anomaliya aşkar edilməyib. Hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir və xəstəxanadan buraxıla bilər.
Oxu.az