Çindən MAQATE-nin razılığı ilə radioaktiv suyun okeana buraxılmasına reaksiyabackend

Çindən MAQATE-nin razılığı ilə radioaktiv suyun okeana buraxılmasına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Beynəlxalq Atom Enerjisi Agentliyinin Yaponiyanın Fukusima Atom Elektrik Stansiyası ilə bağlı hesabatının qanuniliyini şübhə altına alaraq radioaktiv tullantı sularının okeana buraxılmasının təsdiqlənə bilməyəcəyini vurğulayıb.

NOCOMMENT.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Yaponiyanın nüvə tullantı sularının axıdılması planını ehtiva edən Yaponiyanın Fukusima Daiçi Atom Elektrik Stansiyasına dair hesabatı ilə bağlı açıqlama verib.

“Tələsik” hazırlanan hesabatın “qiymətləndirməsində iştirak edən ekspertlərin fikirlərini tam əks etdirmədiyi” qeyd edilən açıqlamada bu hesabata əsasən radioaktiv tullantı sularının okeana buraxılmasının təsdiqlənə bilməyəcəyi bildirilib.

NOCOMMENT.AZ