Çingiz Abdullayevin son durumu…backend

Çingiz Abdullayevin son durumu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat verib.

Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində yenidən problem yarandığından hospitala yerləşdirilib.