Çinin yeni baş naziri bəlli oldubackend

Çinin yeni baş naziri bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində Ümumçin Xalq Nümayəndələri Konqresinin plenar iclasında keçirilən sessiyada Li Qianq ölkənin yeni baş naziri təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, Çin sədri Si Cinpinin namizəd kimi təklif etdiyi Li Qianq 2947 nümayəndədən 2936-nın səsi ilə baş nazir seçilib.

Seçkidə 3 nümayəndə əleyhinə səs verib, 8 nümayəndə isə bitərəf qalıb.

Seçkilərdən sonra Çin prezidenti Li Qianqın beş illik baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı prezident fərmanını imzalayıb.

Səsvermədə keçmiş baş nazir Li Keqiang da iştirak edib. Nəticə elan edildikdən sonra o, öz vəzifəsini öz varisinə təhvil verib.

NOCOMMENT.AZ