Çinli Alibaba-nın ChatGPT rəqibi: Tongyi Qianwenbackend

Çinli Alibaba-nın ChatGPT rəqibi: Tongyi Qianwen

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin texnologiya nəhəngi Alibaba, ChatGPT-yə bənzər süni intellekt chatbotu “Tongyi Qianwen”i işə salmağı planlaşdırdığını açıqlayıb.

NOCOMMENT xəbər verir ki, şirkətin bulud hesablama bölməsi chatbotun “yaxın gələcəkdə” Alibaba sistemlərinə inteqrasiya olunacağını bildirsə də, vaxt qrafiki təqdim etməyib.

Şirkət Tongyi Qianwen-in iclaslardakı çıxışları yazılı qeydlərə çevirmək, elektron məktublar yazmaq və iş təklifləri hazırlamaq kimi bir sıra vəzifələri yerinə yetirəcəyini açıqlayıb. Son aylarda bütün dünyada texnologiya şirkətləri öz süni intellekt chatbotlarını təqdim ediblər. Alibaba da bu ilin əvvəlində ChatGPT-yə rəqib təqdim edəcəklərini açıqlamışdı.