Co Bayden tacqoyma mərasimində iştirak etməkdən imtina etdibackend

Co Bayden tacqoyma mərasimində iştirak etməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə kralı Çarlzın tacqoyma mərasimində iştirak etməkdən imtina edənlərin sayı artmaqdadır.

NOCOMMENT xəbər verir ki, Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Baydenin mərasimə qatıla bilməyəcəyi, yerinə onun həyat yoldaşı, birinci xanım Cil Baydenin qatılacağı açıqlanıb.

Londondakı Vestminster Abbeyində kral və kraliçaların tacqoyma mərasimləri 1000 ildən artıqdır ki, davam edən bir ənənədir. Kraliça Elizabetin ölümündən sonra onun yerinə keçən oğlu Kral Çarlz və onun həyat yoldaşı, Consort Queen arvadı Kamilla mayın 6-da keçiriləcək mərasimlə rəsmi tac qoyacaqlar.

Tədbirdə onlarla dünya lideri və sənət adamının iştirakı gözlənilirdi. Lakin bu vəziyyət son vaxtlar dəyişib. Məşhur britaniyalı müğənni Adel tur cədvəlini bəhanə edərək, mərasimdə çıxış etməyəcəyini açıqlayıb. Eynilə, Harri Stils də təklifi rədd etdi. Styles də öz turunu bəhanə edib. Kral Çarlzın keçmiş həyat yoldaşı Şahzadə Diana ilə yaxınlığı ilə tanınan Elton Con da təklifi rədd edənlər arasında olub.

Nəhayət, Britaniyanın məşhur “Spice Girls” qrupu da mərasimə qatılmayacaqlarını bəyan edib.

İfa etməyə məşhur müğənni tapmaq problemi davam edərkən, siyasətçilərdən də imtina xəbərləri gəlib. Ağ Ev ABŞ prezidenti Baydenin Kral Çarlzın tacqoyma mərasimində iştirak edə bilməyəcəyini açıqlayıb. Açıqlamada onun həyat yoldaşı, birinci xanım Cil Baydenin Co Baydeni əvəz edəcəyi bildirilib.