COP31-lə bağlı bu qərarları Azərbaycan verəcəkbackend

COP31-lə bağlı bu qərarları Azərbaycan verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib. COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilib və müsbət qarşılanıb.

Həmçinin Braziliya tərəfinin xahişinə əsasən COP30-da qəbul edilməsi gözlənilən aşağıdakı 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub:

– COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar

COP30 sədri André do Lago Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Mauricio Lyrioya COP30 sədrliyi adına COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılması səlahiyyətini verib. COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparır. Hazırda hər iki səlahiyyətli nümayəndə intensiv şəkildə Avstraliya və Türkiyə arasındakı danışıqlara vasitəçilik edir, həll yolunu müəyyən etməyə çalışır.