COVİD-19-a yoluxan Niyaməddin Musayev evə buraxılıbbackend

COVİD-19-a yoluxan Niyaməddin Musayev evə buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa (COVİD-19) yoluxaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Niyaməddin Musayev evə buraxılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 81 yaşlı müğənni instaqram hesabında hər şeyin yaxşı olduğunu yazıb: “Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir. Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Bütün həkimlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək.