COVID-19-un yeni variantı “Eris” səlahiyyətliləri səfərbər etdibackend

COVID-19-un yeni variantı “Eris” səlahiyyətliləri səfərbər etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın səhiyyə orqanları COVID-19 virusunun yeni variantının sürətlə yayılmasından sonra yenidən xəbərdarlığa başlayıblar. Xüsusilə Böyük Britaniyada panikaya səbəb olan variant ölkədə hər 7 COVID hadisəsindən birində müşahidə olunur.

NOCOMMENT.az xəbər verir ki, elmi olaraq EG.5.1 adlandırılan bu subvariant ilk dəfə iyulun 31-də aşkar edilib. Yeni növün əsasən may ayının sonlarına doğru yayılmağa başladığı düşünülür.

“Eris” adlanan alt variantın Sars-Cov-2-nin Omicron variantından törədiyi deyilir. Mütəxəssislər hələlik panikaya düşəcək vəziyyətin olmadığnı qeyd ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında ölkələrə yeni yoluxmalara qarşı ayıq olmaları və COVID simptomları göstərən xəstələri yaxından izləmələri tövsiyə edilib.

NOCOMMENT.AZ