Crocus City Hall-da yaralananların müalicə aldığı xəstəxanada TERROR HƏYƏCANIbackend

Crocus City Hall-da yaralananların müalicə aldığı xəstəxanada TERROR HƏYƏCANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada “Crocus City Hall”dakı terror aktı zamanı xəsarət alanların müalicə olunduğu xəstəxanadan bomba təhlükəsi ilə əlaqədar 900 nəfər təxliyə edilib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, mümkün partlayışla bağlı məktub N.İ Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib.

Xəbərdarlıqdan dərhal sonra insanlar binadan təxliyə edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.