Dağıstanın keçmiş idman nazirinə hökm oxundubackend

Dağıstanın keçmiş idman nazirinə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedov 3 il müddətinə azadlıqdan məhrum edilib.

NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı təqsirləndirilən şəxsin vəkili Sergey Uzdenskiy öz Telegram kanalında paylaşıb.

M.Maqomedov qanunsuz silah saxlamada ittiham olunur.

İttihama görə, 2005-ci ildə M.Maqomedov cinayətkar qrup yaradıb və qrup üzvlərinə sifarişlər verib. 2023-cü ildə o, mənimsəmə işi üzrə saxlanılıb. Daha sonra terrorizmin dəstəklənməsi, iki və daha çox şəxsin qətlində iştirak və qanunsuz silah saxlama maddələri ilə ittiham olunub.