Dağlıq və dağətəyi rayonlarda leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQbackend

Dağlıq və dağətəyi rayonlarda leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

NOCOMMENT.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən apa-ya verilən məlumata görə, iyunun 24-25-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.