Daha 25 ailə Ağalıya yola salındıbackend

Daha 25 ailə Ağalıya yola salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 28-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

NOCOMMENT Bakupost.az-a istinadən xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə – 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə bundan sonra da davam etdiriləcək.