Daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alındıbackend

Daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

NOCOMMENT.az AZƏRTAC-a istinadən xəbər verir ki, MSK-nın iclasında prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyev, prezidentliyə namizədliyi Böyük Quruluş Partiyası (BQP) tərəfindən irəli sürülmüş Fazil Mustafa, prezidentliyə namizədliyi Böyük Azərbaycan Partiyası (BAP) tərəfindən irəli sürülmüş Elşad Musayevin və prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Əliyevin namizədliklərinin qeydə alınması məsələlərinə baxılıb.

Müzakirələrdən sonra növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində Qüdrət Həsənquliyevin, Fazil Mustafanın, Elşad Musayevin və Fuad Əliyevin namizədlikləri qeydə alınıb.