Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çində zooparkdakı heyvanları sel apardı - VİDEO

Çinin Quansi-Çjuan muxtar rayonunda baş verən daşqın heyvanat parkından 100-dən çox heyvanı aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Pengpai” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə Quyqan şəhər dairəsində qeydə alınıb. Heyvanat parkının ərazisi demək olar ki, tamamilə su altında qalıb.

Sürətli su axını bütün otyeyən heyvanları aparıb. Bununla yanaşı, qəfəslərdə olan bəzi yırtıcılar, o cümlədən üç şir tələf olub.