Daha bir Əhməd: dəlilik kağızı ilə nələr edir? – Videobackend

Daha bir Əhməd: dəlilik kağızı ilə nələr edir?Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Abbasov qohumu Səbuhi Abbasova qarşı qaldırdığı məhkəmə iddiasının təmin edilməməsi ilə bağlı saytımıza müraciət ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan Nazim Ziyadxan oğlu Abbasov bildirib ki, Səbuhi Tərlan oğlu Abbasovun ona olan borcunu qaytarması tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edib.

“Məhkəmə 24 oktyabr 2013-cü il tarixdə iddianı təmin edib və cavabdeh Səbuhi Abbasovdan 23.335 (iyirmi üç min üç yüz otuz beş) manat pulun alınaraq mənə ödənilməsinə dair qətnamə qəbul edib. Lakin cavabdehlər borcu ödəməmək üçün müxtəlif yollara əl atıblar.

Belə ki, Səbuhi Abbasovun atası Tərlan Abbasov Cəlilabad Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və oğlu S.Abbasovun tam fəaliyyət qabiliyyəti olmaması barədə qərar çıxarılmasını istəyib. Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2014-cü il tarixdə çıxardığı qərarla S.Abbasov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib”.

İddiaçı bildirir ki, bütün bunlar cavabdeh tərəfindən düşünülmüş şəkildə həyata keçrilib və S.Abbasovun fəaliyyət qabilliyətli olması barədə məhkəməyə müraciət etsə də, subyektivliklə qarşılaşıb:

“Təssüflə bildirirəm ki, Cəlilabad Məhkəməsinin hakimi Elxan Əmirəliyev 18.07.2023-cü il tarixdə guya mənim məhkəmə iclasında iştirak etməməyimi əsas gətirərək işi baxılmamış saxlayıb. Tamamilə əsassız qərardır. Mənim vəkilim iclasda iştirak edib. Eyni zamanda dəfələrlə müraciət etdikdən sonra bu qərardadın surətini ala bilmişəm. Mən hakmin qərəzli hərəkətlərindən Məhkəmə Hüquq Şurasına şikayət edəcəm”, – iddiaçı vurğulayıb.

N.Abbasovun hüquqlarını təmsil edən Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, borcunu ödəməmək üçün özünü fəaliyyət qabilliyəti olmayan şəxs elan edən Cəlilabad rayon sakini Səbuhi Abbasov bir neçə dəfə cinayət törədib:

“Lakin “fəaliyyət qabilliyəti olmadığına” görə cinayət məsuliyyətindən yayına bilib. Hazırda S.Abbasov Cəlilabad küçələrində rahat şəkildə avtomobil idarə edir. O, kimisə avtomobillə vursa, fəaliyyət qabiliyəti olmayan şəxs olduğu üçün cinayət məsuliyyətinə cəlb edilməyəcək. Belə bir şəxs barəsində tədbir görməmək çox böyük məsuliyyətsizlikdir. Bu günlərdə ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun törətdiyi hadisə onu göstərdi ki, belə məsələdə dövlət oraqanları öz məsuliyyətlərini dərk etməlidirlər”.

S.Vəkilov əlavə edib ki, mülki qanunvericiliyə əsasən, Səbuhi Abbasovun 3 ay müddətində himayəçi orqan tərəfindən himayəyə verilməsi məsələsinə baxılmalı və problem həllini tapmalıdır:

“Bu imperativ normadır, məcburidir. Lakin təəssüf ki, bir neçə ildir Cəlilabad Rayon İcra Hakimiyyəti bu məsələni həll etmək istəmir”.

Şikayətçi S.Abbasovun at ətini mal əti adı ilə satmasına görə saxlanıldığını və bunu etiraf etdiyini əks etdirən görüntüləri də redaksiyaya təqdim edib:

“2023-cü ilin iyunun 20-də S.Abbasovun xəstə atların ətini mal əti adı ilə satdığı və buna görə saxlanıldığı haqda Daxili İşlər Nazirliyi məlumat yayıb. Fəaliyyət qabiliyyəti olmayan şəxs, görün, nələrlə məşğuldur. Bu cinayəti törətməsinə və saxlanılmasına baxmayaraq, o, həbs də olunmayıb. Onun daha hansı qanunsuzluq edə biləcəyini və yaxud hazırda etdiyini təsəvvür belə etmək olmur”.