Daha bir pilotsuz təyyarə Oryol vilayətinə düşübbackend

Daha bir pilotsuz təyyarə Oryol vilayətinə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçüncü pilotsuz uçuş aparatı Oryol bələdiyyə rayonunun Malaya Saxanka qəsəbəsi ərazisində qeyri-yaşayış obyektinin üzərinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oryol vilayətinin qubernatoru Andrey Klıçkov öz Telegram kanalında məlumat verib.

PUA-nın düşdüyü ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb və lazımi tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bundan əvvəl Oryol vilayətinin başçısı iki pilotsuz təyyarənin Oryol şəhərində yanacaq-energetika kompleksi obyektinə düşməsini təsdiqləyib.