Danışıqların alternativi müharibədir – Erməni deputatbackend

Danışıqların alternativi müharibədir – Erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın indiki hakimiyyəti KTMT və MDB platformalarını boykot edir.

NOCOMMENT.az news.am-a istinadla xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan danışıb.

“Danışıqların alternativi müharibədir. Təəssüf ki, 2020-ci ilin 44 günlük müharibəsindən əvvəl danışıqlarda uğursuzluqlar oldu. Bu hakimiyyət bütün danışıqlar prosesini iflasa uğratdı, bütün müttəfiqlərini itirdi və yeni müttəfiqlər qazanmadı. Danışıqlardan uzaqlaşmazdan əvvəl alternativini düşünməlisən. Danışıqlara getmək düzgün addımdır, amma vacib olan danışıqlar masasının harada olması deyil, danışıqlar masasında nələrin müzakirə olunmasıdır”, – deyə deputat bildirib.

O qeyd edib ki, indiki hakimiyyət KTMT və MDB platformalarını boykot edir:  “Onlar “erməni qovşağı” haqqında danışırlar. Hələ ötən ilin fevralında mən hər hansı hesablamaların olub-olmaması ilə bağlı sorğu göndərmişdim və Ermənistan Respublikası Ərazi İdarəetmə Nazirliyi cavab vermişdi ki, bu barədə texniki nəzəri araşdırma başa çatdıqdan sonra danışmaq olar. Yəni bu araşdırma olmadan açıqlama vermək məntiqsizdir. Düşünürəm ki, bizi yaxşı şeylər gözləmir”, – deyə müxalifətçi deputat bildirib.